Yerli və xarici səhiyyə innovasiyaları

Yerli və xarici səhiyyə innovasiyaları

7 noyabr 2019 0000

Şəlalə Əzimova, Mərkəzi hərbi sanatoriyanın həkim-terapevti, Bakı

Mən “Medinex” sərgisində ilk dəfədir ki, iştirak edirəm. Tədbiri istənilən cəhətdən bəyəndim və deyə bilərəm ki, tədbir yaxşı təşkil edilib. Stendlər effektli ekspozisiyaları ilə diqqəti cəlb edir, iştirakçılar isə şirkət və məhsullar barədə məlumatları ziyarətçilər ilə bölüşürlər. Bu sərgi sayəsində mən həm yerli, həm də xarici səhiyyənin innovasiyaları haqqında məlumat aldım. Məni əsasən terapiya sahəsində ən son aparat və preparatlar, fizioterapiya üçün müasir aparatlar maraqlandırır. Keyfiyyətli araşdırmalar aparılan laboratoriya avadanlıqları da mənim maraq dairəmə daxildir. Mən gələcək sərgilərdə bu istiqamətlərin daha genişmiqyaslı olmasını istərdim. Zənnimcə, yerli səhiyyənin inkişafında sərginin rolu son dərəcə böyükdür. Burada həmişə müasir təmayüllər, eləcə də ən son aparat və preparatlar haqqında məlumat almaq olar.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN