Rəylər

Bu tədbir səhiyyə sahəsində ən son nailiyyətləri və innovativ həlləri təqdim etmək üçün əhəmiyyətli platformadır. Agentlik olaraq sərgidə icbari tibbi sığorta sisteminin üstünlükləri, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər və yeni layihələrimiz haqqında məlumat veririk. Eyni zamanda, səhiyyə mütəxəssisləri və tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndiririk. 
“Medinex” sərgisi həm dövlət, həm də özəl səhiyyə müəssisələri ilə əməkdaşlığı gücləndirmək, yeni texnologiyaları və ən yaxşı təcrübələri öyrənmək baxımından böyük fürsətlər yaradır. Bu tədbirdə iştirakımızla vətəndaşlarımızın sağlamlığını qorumaq və tibbi xidmətləri əlçatan etmək üçün daha bir addım atmış oluruq. 

Zaur Əliyev
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri 


Bu gün müasir texnologiyaların tətbiqi tibb sahəsində daha çevik, səmərəli və şəffaf idarəetməyə, həmçinin pasiyent məmnuniyyətinin yüksəlməsinə səbəb olur.
“Medinex” sərgisi məhz bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Burada səhiyyə mütəxəssisləri, avadanlıq, tibbi sərf və ləvazimat istehsalçıları, eləcə də investorlar bir araya gələrək bilik və təcrübə mübadiləsi aparır, yeni əməkdaşlıq imkanları formalaşdırırlar. Bu sərgi həm də ölkəmizdə tibbi texnologiyaların inkişafına, beynəlxalq tərəfdaşlıqların güclənməsinə və səhiyyə sahəsində ən son yeniliklərin tətbiqinə təkan verir.

Vüqar Qurbanov
TƏBİB-in İcraçı direktoru


Sərgi ilə bağlı gözləntilərimiz tam şəkildə özünü doğrultdu. Uğurlu nəticələr arasında mövcud tərəfdaşlarla görüşlər, qarşılıqlı faydalı yeni əlaqələrin qurulması və sahə üzrə mütəxəssislərlə daha sıx təmasların yaradılması yer alır. Bu kimi tədbirlərdə iştirak bizim üçün böyük əhəmiyyət daşıyır. Sərgi biznesin inkişafına son dərəcə müsbət təsir göstərir, istehsalçılar və istehlakçılar arasında birbaşa əlaqə yaradır. “Medinex” sərgisinin geniş biznes proqramı və burada təşkil olunan B2B görüşlər şirkətimiz və məhsullarımız haqqında çox əlverişli təəssürat formalaşdırır.

Anastasiya Komissarova, “UzGerMed Pharm” şirkətinin ixrac şöbəsinin rəhbəri

Əminəm ki, sərgi imkanlarımızı və biliklərimizi daha da genişləndirəcək, tərəfdaşlıq əlaqələrimizin sayını artıracaq.

Pərvin Salahova, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri

Biz beynəlxalq sərgidə ilk dəfə iştirak edirik və sərginin gedişindən olduqca məmnunuq. Sərgi bütün gözləntilərimizi üstələdi. Ziyarətçilərin məhsullarımıza maraq göstərməsi bizi xüsusilə sevindirdi. Onlar stendimizdəki ekspozisiya ilə diqqətlə tanış olur, çoxsaylı suallar verir və bizim şərh və tövsiyələrimizi maraqla dinləyirdilər. Beləliklə, artıq ilk gündən Medinex sərgi brendinin effekti və faydası öz ən yüksək səviyyədə nümayiş olundu.

Sevda Həsənağayeva, “ASCENT” şirkətinin satış meneceri

Maraq çox yüksəkdir — təxminən 300-dən çox həkim stendimizi ziyarət edib, avadanlıqlarımız və texnologiyalarımızla tanış olub. Sərgi həm paytaxt, həm də bölgələrdən gələn həkimlər üçün böyük fürsətdir. Onlar Bakıya hər zaman gələ bilmir və bütün şirkətləri gəzməyə vaxtları yoxdur, amma bu sərgi sayəsində avadanlıqlarımızı birbaşa görə və sınaya bilirlər. Təşəkkür edirik sərginin təşkilatçılarına — onlar bizə bu şəraiti yaratdılar ki, həkimlər və yeni klinika açmaq istəyən sahibkarlar cihazlarımızla yaxından tanış olsunlar.
Bir çox sahibkar sərgidən sonra yeni klinikaların tam təchizatı üçün bizimlə görüşlər təyin edib. Biz "açar təhvil" prinsipi ilə işləyirik: klinikanı sıfırdan qurur, bütün avadanlıqları quraşdırır, lisenziya və səhiyyə standartlarına uyğun şəkildə sahibkarlara təqdim edirik. Bu sərgi bizim üçün həm təqdimat, həm də gələcəyin tibbi imkanlarını birgə nümayiş etdirmək üçün əvəzolunmaz bir platformadır

Məhəmməd Məmmədov, MESA Group şirkətinin icraçı direktoru

Sərgi platformamızın nə qədər böyük tələbat gördüyünü göstərdi — ziyarətçi axını gözləntilərimizi üstələdi. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin məhsullarımıza və texnologiyalarımıza maraq göstərməsi bizi sevindirir. Hər dəfə sərgidə iştirakımız təcrübə mübadiləsi aparmaq, nailiyyətlərimizi təqdim etmək və həmkarlarımıza yeni həlləri tanıtmaq üçün unikal imkan yaradır.
Sərgi öz miqyası və peşəkar təşkilatçılığı ilə təsir bağışlayır. Buradakı atmosfera dinamik və ilhamvericidir. Biz dünyanın müxtəlif ölkələrindən olan həmkarlar və tərəfdaşlarla görüşür, əməkdaşlıq üçün yeni imkanlar açırıq. Hər gün maraqlı görüşlər, təqdimatlar və innovativ həllərin müzakirələri ilə zəngindir. Burada farmasevtika sənayesinin əsl ruhu hiss olunur və biz bu tədbirin bir hissəsi olmaqdan qürur duyuruq.

Amr İbrahim, “Egaz Pharma” şirkətinin sədri (Misir)

Bu sərgidə ilk dəfə iştirak edirik və bu, həmçinin mənim Bakıya ilk səfərimdir. Hesab edirəm ki, tədbirin təşkilatçılığı çox yüksək səviyyədədir. Hər bir sessiya olduqca məzmunlu keçir, dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri və aparıcı mütəxəssislər iştirak edirlər. Sərgi açıldıqdan cəmi iki-üç saat sonra artıq kifayət qədər çox insan gəlmişdi. Düşünürəm ki, bu, biznesimizi genişləndirmək və xüsusilə MDB regionunun bazarına daxil olmaq üçün əla imkandır. Buraya gəlmək şirkətimiz üçün doğru qərar oldu

Christopher Lee, satış meneceri, PINE BM (Cənubi Koreya)

Medinex sərgisi bizə təkcə məhsullarımızı nümayiş etdirmək deyil, həm də canlı ünsiyyət qurmaq, inkişaf perspektivlərini müzakirə etmək və təcrübə mübadiləsi aparmaq üçün gözəl imkan yaratdı. Bu, Ukrayna-Azərbaycan əməkdaşlığının farmasevtika sahəsində gücləndirilməsi üçün vacib addımdır. Əminəm ki, belə tədbirlərdə iştirak məhsulları təqdim etməklə yanaşı, ukraynalı mütəxəssislərin yüksək peşəkarlığını, innovasiyalara və keyfiyyətə sadiqliyini göstərməyə imkan verir. Hesab edirəm ki, burada keçirilən hər görüş yeni ideyaların müzakirəsi, bazarın ehtiyaclarını anlamaq və həm mütəxəssislər, həm də pasiyentlər üçün faydalı həllər təklif etmək imkanı yaradır.

Andrey Levkut, “Farmak” şirkətinin regional marketinq meneceri (Ukrayna)

 

TƏRƏFDAŞLAR

Rəsmi dəstək

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN