|
Elnur Əsədullayev, Azərbaycanın "Premium Med MMC" distributor şirkətinin İcraçı direktoru Biz “Medinex” sərgisinin təşkilinin səviyyəsindən razıyıq və böyük məmnuniyyətlə burada iştirak edirik. Çoxdan gözlənilən bu tədbir iştirakçı şirkətlərin əksəriyyətinin uzunmüddətli inkişafı üçün müsbət stimul rolunu oynayır. Şirkətimiz artıq altıncı ildir ki, Azərbaycan bazarında təmsil olunur və tibbi laboratoriyaların Türkiyə, ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Almaniya, İspaniya, Çindən gətirilən və istismara tam hazır olan lazımi avadanlıqlarla təchiz edilməsi ilə məşğul olur. Biz “Randox”, “Illumina”, “Dr. Schumacher”, “Dymind”, “Seqline”, “Baditech”, “Disera” kimi istehsalçıların avadanlıqlarını təchiz edirik. |
|
Sərgidə iştirak bizim üçün vacibdir, çünki Bakıya gələn əcnəbi mütəxəssislərlə birbaşa təmas formatında təcrübə qazanmaqla və təcrübə mübadiləsi aparmaqla, şirkətimizin imkanlarını başqa ölkələrdə də təqdim etmək niyyətindəyik. |