Tibbi avadanlıqların aparıcı dünya markaları

Tibbi avadanlıqların aparıcı dünya markaları

1 noyabr 2022 0000

Yesper Nilsen, LBN Medical şirkətinin Baş icraçı direktoru (BİD)

- LBN Medical şirkəti Toshiba/CANON, Siemens, GE, Philips kimi aparıcı dünya markalarının kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT), Angioqrafiya, Mammoqrafiya, Rentgen şüaları və Ultrasəs tipli, istifadə edilmiş və təmir edilmiş tibbi görüntüləmə avadanlıqlarının aparıcı satıcısıdır. Məhsullarımız Fransanın Bureau Veritas təsnifat cəmiyyəti tərəfindən sertifikatlaşdırılıb və təklif etdiyimiz tibbi cihazların hər cəhətdən təhlükəsiz və effektiv olduqlarına dair, eləcə də təklif etdiyimiz avadanlıqların peşəkar texniki qulluq xidmətləri ilə təmin edildikləri təqdirdə yüksək keyfiyyət standartlarını davamlı şəkildə nümayiş etdirəcəklərinə dair müştərilərə zəmanət verir.

Biz ilk növbədə tibb mərkəzlərinə yüksək keyfiyyətli tibbi avadanlıq əldə etmək imkanı veririk ki, onlar öz xəstələrinə daha keyfiyyətli şəkildə qulluq etsinlər və eyni zamanda bu avadanlıqların satın alınmasında öz vəsaitlərinə qənaət etsinlər.

“Medinex 2022” sərgisində iştirak etməkdə məqsədimiz özümüzü tanıtmaq və yeni tərəfdaşlar tapmaqdır. Həkimlər, özəl tibb mərkəzlərinin sahibləri, ixtisaslaşmış məhsullarımızın satışı və servisini həyata keçirən təşkilatlar kimi ziyarətçiləri stendimizdə görmək istərdim.

Bizim üçün sərgi yeni müştərilər cəlb etməyin, şəbəkəmizi inkişaf etdirməyin, yeni tərəfdaşlar tapmağın və Azərbaycanda özəl klinikalar üçün yüksək keyfiyyətli, sərfəli həllərin ən yaxşı təchizatçısına çevrilməyin əsas vasitəsidir.

Rəsmi dəstək

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN