TƏBİB mütəxəssislər üçün geniş işgüzar proqram hazırlayıb

TƏBİB mütəxəssislər üçün geniş işgüzar proqram hazırlayıb

1 noyabr 2022 0000

Zamirə Ədilova - TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən “Medinex” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi tibb sahəsindəki innovasiyaları genişləndirmək, yenilikləri təqdim etmək, yeni təmayülləri müəyyənləşdirmək məqsədi daşıyır.

TƏBİB sərgidə rəsmi tərəfdaş olmaqla bərabər, 64  kvadrat metrlik sahəni əhatə edən rəsmi pavilyonla təmsil olunur. Sərgi çərçivəsində TƏBİB-in dəstəyi ilə tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlər keçiriləcək. Beləliklə, laparoskopik cərrahiyyədə müasir texnologiyaların tətbiqi,  ürək-damar xəstəliklərinə çoxtərəfli baxış, aktual uşaq və yeniyetmə problemlərinə psixiatrik yanaşma, hemofiliyalı xəstələri üçün stomatolji və fizioterapevtik xidmətlər, diaqnostika, nutrigenetika, gələcəyin texnologiyaları olan 3D mulyajlar, müasir protez texnologiyaları, onkoloji xəstəliklərin erkən diaqnostikası, innovativ ortez protezlər və onların reabilitasiyada tətbiqi, münaqişədən sonrakı dövrdə psixi sağlamlıq xidmətləri, xəstəliklərin müalicəsində kök hüceyrə və nanotexnologiya əsaslı metodların tətbiqi, vərəm və digər ağciyər xəstəliklərinin skrininqində süni intellektin tətbiqi və kök hüceyrə transplantasiyası kimi mövzular müzakirə olunacaqdır.

Eyni zamanda tərəfimizdən tibbin tarixini əks etdirən foto sərgi təşkil olunub ki, ziyarətçilər üçün maraqlı olacağına inanırıq.

Sərgidə iştirak etməkdə əsas məqsədimiz xidmətlərimizlə və müəssisəmizlə bağlı ziyarətçiləri məlumatlandırmaq, yeni əməkdaşlıq əlaqələri qurmaq, tibb sahəsindəki yeniliklərlə tanış olmaqdır. Sahənin peşəkarlarını, tələbələri, tibb xidmətlər haqqında məlumat almaq və yararlanmaq istəyən vətəndaşları pavilyonumuzda görmək istərdik.

Sərgi iştirakçıları beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanı ilə yanaşı, səmərəli təcrübə mübadiləsi və yeni biliklər əldə edirlər.

“Medinex” sərgisi də həmçinin yerli və xarici şirkətlər, dövlət qurumları arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün əhəmiyyətli beynəlxalq platforma rolunu oynayır.


Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN