Qanda şəkərin miqdarını ölçən cihazların aktuallığı

Qanda şəkərin miqdarını ölçən cihazların aktuallığı

4 noyabr 2022 0000

Nərgiz Cəbiyeva, Azərbaycanın “Medtest” MMC şirkətinin nümayəndəsi

Azərbaycanın “Medtest” MMC şirkəti “Medinex” sərgisində ilk dəfədir ki, iştirak edir, bu tədbirin təşkil edilməsi səviyyəsini müsbət qiymətləndirir və öz ekspozisiyasına maraq göstəriləcəyinə ümid edir, çünki bu müəssisə yalnız 2022-ci ildə fəaliyyətə başlayıb. 

Bu ilin yazında müəssisəmiz Pirallahı Sənaye Parkının rezidenti statusunu aldı və o, artıq qlükometrlərin (qanda şəkərin miqdarını ölçən cihaz) və striplərin istehsalına başlayıb.

Bu layihədə 18%-lik iştirak payına malik olan Azərbaycan İnvestisiya Şirkəti bu layihənin tərəfdaşıdır.

Məhsullarımız beynəlxalq standartlara cavab verir və daxili tələbatı təmin etmək məqsədilə 2023-cü ildən etibarən Azərbaycanın aptek və klinikalarına fəal şəkildə daxil olmağa başlayacaq.

Azərbaycanda qlükometrlərə və onların komplektləşdirici hissələrinə ehtiyac duyan bütün şəxslərin bu məhsullarla təmin edilməsi məsələsi strateji əhəmiyyət kəsb edir. Bu insanlar xüsusi vətəndaş kateqoriyasını təşkil edir və onlar bu cür cihazları dövlət klinikaları vasitəsilə pulsuz əldə edə biləcəklər.

Hazırda məhsullarımızın perspektivli ixracının təşkil edilməsi imkanları öyrənilir.

Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN