Ortopedik məhsulların zəngin çeşidi

Ortopedik məhsulların zəngin çeşidi

7 noyabr 2019 0000

Olena Sokolovska, “Toros Group” (Ukrayna) şirkətinin direktoru

- “Toros Group” şirkəti iyirmi beş ildir ki, ortopedik tibbi məhsullar istehsal edir. Bizim məhsullar dayaq-hərəkət aparatının profilaktikası və müalicəsində müsbət nəticələrə nail olmağa və cərrahi müdaxilədən sonra fiziki bərpa prosesinə kömək edən “körpü” funksiyasını yerinə yetirir. 

Şirkət “Medinex  sərgisində əməliyyat sonrası tibbi, reabilitasiya dəstək sarğıları, qamət korrektorları, əl və ayaq üçün sarğılar və s. məhsullar təklif edir. Bizim məhsulların fərqləndirici xüsusiyyəti istənilən fiqura ideal oturma, keyfiyyətli təbii parçalardan istifadədən ibarətdir. Bütün məhsullar Avropanın nümunəvi keyfiyyət sertifikatlarına malikdir və bu da Avropa, Amerika, MDB ölkələrində satışa imkan verir.

Məhsullarımız Azərbaycanda da yaxşı tanınır və bu ölkədəki tərəfdaşımız “AvroMed” şirkətidir. Biz müştəri bazasını genişləndirmək və bütün məhsul xətlərini təkcə distribyutorlara deyil, həm də son alıcılara – həkim və pasiyentlərə nümayiş etdirmək məqsədi ilə sərgidə iştirak edirik. Azərbaycanlı istehlakçılar bizim şirkətin bütün ortopedik məhsulları haqqında məlumatlı deyil. Məhz sərgi bütün məhsul çeşidlərini nümayiş etdirməyə imkan verən alətlərdən biridir. Biz “MEDINEX” sərgisinin keçirilməsindən bir neçə gün əvvəl, potensial tərəfdaşlar ilə  görüşlər keçirdik və onları bütün məhsulları təqdim edə biləcəyimiz bu sərgiyə dəvət etdik.


TƏRƏFDAŞLAR

Rəsmi dəstək

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN