Oftalmoloji tədqiqatlar üçün yeni aparatlar

Oftalmoloji tədqiqatlar üçün yeni aparatlar

4 noyabr 2022 0000

Leyla Talıbova, “ARASH Medical Company”-nin nümayəndəsi

Şirkətimiz səhiyyə sistemində fəaliyyət sahəsində xeyli təcrübəyə malikdir, onun iş təcrübəsi artıq iyirmi beş ili aşıb keçir.

Bu “Medinex” sərgisində biz oftalmoloji müayinələr üçün yeni aparatları və müxtəlif daxili orqanların diaqnostikası (ultrasəs, lazer müayinəsi) üçün digər avadanlıqları, eləcə də dünyanın aparıcı istehsalçılarının istehsal etdikləri sərfiyyat materiallarını təqdim edirik.

Klinikalar üçün təchiz etdiyimiz avadanlıqlar artıq Badam Medical Center-də və Caspian International Hospital-da mövcuddur, lakin gələcəkdə yeni potensial tərəfdaşlarla əməkdaşlıq da mümkündür.

“ARASH Medical Co.” şirkəti həm də reanimasiya xidmətləri, stasionar tibbi xidmətlər üçün avadanlıqlara və cihazlara peşəkar texniki qulluğun göstərilməsində iştirak edir.

Şirkətin məqsədi dünya standartlarına cavab verən yüksək keyfiyyətli avadanlıqların təchiz edilməsi hesabına Azərbaycanın səhiyyə sistemində ən son texnologiyaların istifadəsini təşviq etməkdir.

Biz Azərbaycanda keçirilən bütün tibbi sərgilərdə iştirak etməyə çalışırıq. Bu, ziyarətçilərə və bütün mütəxəssislərə fəaliyyətimizin müxtəlif aspektləri haqqında geniş məlumat verməyə, tibbi avadanlıq bazarındakı yeni məhsullardan danışmağa imkan verir. Ənənəvi olaraq, budəfəki tədbirdə də stendimizə böyük maraq göstərilir.


Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN