"Medinex" və "Beauty Azerbaijan" sərgilərinin mətbuat konfransı keçirildi

"Medinex" və "Beauty Azerbaijan" sərgilərinin mətbuat konfransı keçirildi

5 noyabr 2019 0000

5 noyabr 2019-cu il tarixində, saat 11:00-da “JW Marriott Absheron Baku” mehmanxanasında “Medinex” və “Beauty Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında cənab Bəhruz Hidayətzadə - “Caspian Event Organisers” şirkətinin icraçı direktoru, cənab Pərviz Abubəkirov – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri və cənab Anar Vəliyev - layihə rəhbəri iştirak ediblər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu.

Mətbuat konfransında 13 KİV nümayəndələri iştirak etmişdi, onların arasında: APA Group, Azərtac, SalamNews, Trend İA, Real TV, ARB TV, ATV, CBC və s. 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN