27 oktyabr tarixində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı “Hilton Baku” mehmanxanasında keçirildi. Mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri xanım Aynurə Əhmədova, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri xanım Zamirə Ədilova, “Caspian Event Organisers” şirkətinin layihə rəhbəri cənab Fərrux Əhmədov iştirak ediblər. KİV nümayəndələri arasında AzTV, Səhiyyə TV, Report.az, Ses TV, innews.media, AZERTAC, Real TV, Frame.az və s. iştirak etmişdi. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu.