Medinex 2022: Müasir klinikalarda müalicənin effektivliyi

Medinex 2022: Müasir klinikalarda müalicənin effektivliyi

3 noyabr 2022 0000

Noyabrın 3-də Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgilərinə start verilib. Sərgilərin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, Caspian Event Organisers (CEO) şirkətinin Baş direktoru Fərid Məmmədov iştirak etdilər.

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev öz çıxışında onu vurğuladı ki, Azərbaycanda səhiyyənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla, ölkəmizdə tibbi sərgilərin keçirilməsi ilə qırılmaz əlaqəyə malikdir. Bugünkü sərgi otuz ildən artıq müddət ərzində keçirilən tədbirlərin davamı olan daha bir müsbət hadisədir. Bu sahənin mütəxəssisləri həmişə tibb sektorunda baş verən bütün dəyişiklikləri, yeni tendensiyaları və texnologiyaları diqqətlə izləyirlər.

Ölkədə tibb elminin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu nöqteyi-nəzərdən, Səhiyyə Nazirliyi ictimaiyyətin tibb sahəsindəki yeniliklər haqqında məlumatlandırılmasında, müasir tendensiyaların öyrənilməsində və tibb elminin müasir nailiyyətlərinin praktiki tətbiqində bu sərgilərin oynadığı rolu yüksək qiymətləndirir. Bu sərgidə qurulan işgüzar əlaqələr, investisiya imkanlarının artması ölkə əhalisinin ümumi sağlamlığının yaxşılaşmasına müsbət təsir göstərəcək.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov öz çıxışında belə sərgilərin imkanlarının sonsuz olduğunu qeyd etdi. “Bu layihə tibb sahəsinin həm təcrübəli, həm də gənc mütəxəssisləri, ixtisaslaşdırılmış təhsil müəssisələrinin rezidentləri və tələbələri üçün çox vacibdir. Əlbəttə ki, sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan praktiki və elmi tədbirlər gənc mütəxəssislərin inkişafı və yeni biliklərə yiyələnməsində mühüm rol oynaya bilər. Mən sərgidə yerli tibbin inkişafının mühüm tərkib hissəsi olan müasir informasiya texnologiyaları və tibbi proqramların nümayişini xüsusi olaraq qeyd etmək istərdim”, - deyə o bildirdi.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev vurğuladı ki, bu gün səhiyyə sahəsində aparılan əsas islahatlardan biri də ölkədə icbari tibbi sığortanın tətbiqidir. “Ötən ildən başlanan bu proses bütün növ tibbi xidmətlərin əhaliyə əlçatan edilməsi üçün nəzərdə tutulub.

“Medinex” sərgisi icbari tibbi sığorta haqqında məlumatların ölkəmizin geniş vətəndaş kütlələrinə çatdırılmasına imkan yaradan və ölkədəki dövlət və özəl tibb müəssisələri arasında əməkdaşlığın qurulmasına şərait yaradan platformalardan biridir. Biz sərgidə təqdim olunan yenilikləri maraqla öyrənəcəyik, çünki bu, onların gələcəkdə bizim gündəlik işimizdə tətbiq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir ki, bu isə, öz növbəsində bizim pula qənaət etməyimizə və onları daha geniş əhali kütləsi üçün istifadə etməyimizə imkan yaradır”, - deyə cənab Əliyev öz nitqini yekunlaşdırdı.

Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin  (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun öz çıxışında ölkədə səhiyyənin inkişafının əsas istiqamətləri, o cümlədən ölkə vətəndaşlarının sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və tibb işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi, tibb sahəsində innovasiyaların tətbiq edilməsi məsələləri haqqında ümumiləşdirilmiş məlumat verdi. . Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil olunan “Medinex” sərgisi tibb sahəsində yeni məhsulların və texnologiyaların geniş şəkildə təqdim olunmasını əsas məqsəd kimi öz qarşısına qoyur. Bu sərgi Xəzər regionunda tibb mütəxəssislərini bir araya gətirən ən böyük tədbirdir. Cənab Qurbanov sərgi iştirakçılarının işgüzar əməkdaşlıq qurmaqla yanaşı, böyük təcrübə və yeni biliklər qazanacaqlarına əminliyini ifadə edib.

CEO şirkətinin Baş icraçı direktoru Fərid Məmmədov öz çıxışında qeyd etdi ki, “Medinex” sərgisi uzun illər ərzində keçirilmiş “BIHE” tibb sərgisinin dəyişdirilməsi yolu ilə yaradılmış yeni bir brenddir və o, səhiyyə sahəsində keçirilən tədbirlər kompleksində mühüm yer tutur.

Məruzəçi sərgi ilə bağlı statistik məlumat verdi, layihəyə dəstək verən bütün səhiyyə idarələrinə öz təşəkkürünü bildirdi və bu sərginin gələcəkdə daha da inkişaf etdirilməsi üçün perspektivlərin olduğunu vurğuladı.

Sərgilər koronavirus pandemiyasının yaratdığı uzun fasilədən sonra yenidən ənənəvi formatda keçirilir. Sənaye mütəxəssisləri işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr əldə etmək, aktual məlumatlar əldə etmək və sərfəli müqavilələr bağlamaq üçün iki ildən sonra ilk dəfə yenidən görüşəcəklər.

Medinex - səhiyyə mütəxəssislərini bir araya gətirən biznes platformasıdır. Aparıcı yerli və xarici istehsalçılar və distribyutorlar sərgidə ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.

Sərginin ekspozisiyası dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya,  Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkəti birləşdirəcək.

Bu il Medinex 2022 sərgisi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəal iştirakı və dəstəyi ilə keçirilir.

Sərgidə tibbi avadanlıq, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərmanlar, vitaminlər və pəhriz əlavələri, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunur.

Sərginin işgüzar proqramına “Xəstəliklərin diaqnostika və müalicəsində innovativ yanaşma” “Diaqnostikada yeni nəsil sistemlər və kliniki faydaları”, “Pediatriyada müasir diaqnostika və müalicə metodları”, “Tibbdə innovativ texnologiyalar”,  “İnnovativ dərman vasitələri” və bir sıra başqa panel müzakirələri daxildir. Həmçinin, ənənəvi olaraq, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlərinin keçirilməsi planlaşdırılır.

Medinex sərgisi çərçivısində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Beləliklə, Medinex sərgisinə xüsusi olaraq "DocDeti” klinikasında həkim-psixiatr, Psixiatr və psixoloqların elmi əsaslı təcrübə naminə assosiasiyasının təsisçisi, Yelisey Osin  psixiatrlar, nevroloqlar, o cümlədən valideynlər üçün "Autizmin diaqnostikası və terapiyası - texnologiyalar" mövzusunda çıxış edəcək.

Beləliklə, Medinex və Beauty Azerbaijan sərgiləri sənaye mütəxəssislərini bir platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsətdir.

 


Rəsmi dəstək

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN