Elşən Abbasov, Medeks MMC-nin Direktoru
- Medeks MMC-ti öz fəaliyyətini əsasən dörd istiqamətdə qurmuşdur: Tibbi və kosmetoloji avadanlıqlarla, müxtəlif növ sərfiyyat məhsullarıyla tam təchizat; Layihələndirmə və konsaltinq; Servis və treyninq; Müxtəlif profilli laboratoriyaların qurulması.
Şirkət hal-hazırda dünyanın tibbi və kosmetoloji avadanlıqlar istehsal edən çoxsaylı şirkətləri ilə uğurla əməkdaşlıq edir. Medeks MMC-nin əməkdaşlıq etdiyi şirkətlər tibbin, kosmetologiyanın və laboratoriya sektorunun bütün sahələrini əhatə edir. Şirkətin baş ofisində və satış mərkəzində çalışan yüksək ixtisaslı satınalma və satış menecerləri, ali texniki təhsilli mühəndislərin sayəsində müştərilərə vaxtında və keyfiyyətli xidmət göstərilir. Burada çalışan həm texniki, həm də satış personalı vaxtaşırı olaraq müxtəlif xarici ölkələrdə öz ixtisaslarını artıra bilir və eləcə də, şirkətin dəvəti ilə ölkəmizə gələn çoxsaylı ekspertlərin təcrübəsindən faydalana bilirlər.
Şirkət indiyədək Bakı şəhərində və ölkəmizin bölgələrində 30-dan çox müxtəlif profilli dövlət və özəl müəssisələrin qurulmasında iştirak etmişdir.
Medinex 2022 sərgisində şirkətimiz yeni texnologiyalı “Deka” brendinə məxsus 30mm başlıqlı, analoqu olmayan dermotoloji lazer “Again” cihazını, İsveçin “Bowl” brendinə məxsus yeni nəsil 29 parametrli qan analizatoru “Lumini” və çoxfunksiyalı fizioterapeftik kombaynlarını nümayiş edəcək.
Bundan əlavə İtalyanın Tekna brendinə məxsus tibbi və əczaçılıq təyinatlı soyuducu; ABŞ brendi “TELEFLEX”-ə məxsus anestesiologiya, reanimatologiya və urologiyada istifadə olunan müxtəlif çeşitli tibbi sərfiyyat məhsulları; Çinin “BAİHE” brendinə məxsus reanimasiya və urologiyada istifadə olunan tibbi sərfiyyat məhsullarж, ABŞ-ın “Chattanooga” brendinə məxsus fizioterapeftik kombayn təqdim olunacaq.
Medinex 2022-də iştirak etməklə öz imkanlarımızı geniş auditoriyaya nümayiş etmək, yeni xarici və yerli şirkətlərlə əməkdaşlıq qurmaq istərdik. Sərgidə praktik həkimlər, tibb sahəsindəki sahibkarlar, dermoto-kosmetoloqları öz stendimizdə gözləyirik.