Mamalıq və ginekologiya sahəsində aparıcı klinika

Mamalıq və ginekologiya sahəsində aparıcı klinika

6 noyabr 2019 0000

Quzey İ.A.  2 saylı Şəhər Klinik Doğum Evində Operativ Ginekologiya şöbəsinin müdiri (Belarus Respublikası)

– Bizim doğum evi Belarusda tibbi xidmətin göstərilməsi sahəsində aparıcı yer tutur. Mütəxəssislərin yüksək peşəkarlıq səviyyəsi, qabaqcıl tibbi texnologiyalar və mamalıq və ginekologiya sahəsində mütərəqqi diaqnostika metodikası və müalicə, eləcə də hər pasiyentə məsuliyyət və vicdanla yanaşma tərzi uğurlu işin təminatıdır.

Minsk şəhəri 2 saylı Şəhər Klinik Doğum Evinin mütəxəssisləri əhaliyə mamalıq və ginekologiya, o cümlədən ekstrakorporal mayalanma sahəsində profilaktik, müalicə-diaqnostika və konsultasiya yardımının göstərilməsi üzrə tibbi təcrübə həyata keçirirlər (ginekologiya sahəsində istənilən əməliyyat növü, o cümlədən endoskopik texnologiyalar, çanaq dibində plastik əməliyyatlar və s.)

 Bizim klinikanın bazasında orqanizmi yaxından müayinə etmək, habelə mamalıq və ginekologiya məsələləri üzrə yüksək ixtisaslı konsultasiyalar almaq olar.

 “Medinex 2019” sərgisində iştirak etməkdə məqsədimiz mamalıq və ginekologiya sahəsində aparıcı klinikanı təqdim etməkdir. Müəssisəmizin ixtisaslaşmış xidmətlərinə maraq göstərən fiziki şəxsləri stendimizdə gözləyirik.

Zənnimizcə, ixtisaslaşmış sərgi maraqlanan şəxslərə klinika haqqında məlumat verməyə imkan yaradır. Həmçinin bura digər səhiyyə müəssisələri ilə yeni əməkdaşlıq əlaqələrinin qurulduğu məkandır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN