Klinik məlumatlar platformasının üstünlükləri

Klinik məlumatlar platformasının üstünlükləri

6 noyabr 2019 0000

Talqat Elemanov, “DAMU” (Qazaxıstan) şirkətlər qrupunun İdarə heyətinin sədri

Bizim əsas sistemimiz əhali, dövlət və səhiyyə təşkilatları üçün servis təklif edir. Hər həkim üçün əlçatan olan elektron sağlamlıq pasportu yaradılır. Bu sistem pasiyenti şəffaflıq və qəbulayazılma, bütün tibbi sənədləri görmə və ümumilikdə, 821 səhiyyə müəssisəsindən ibarət olan bütün klinikaların xidmətlərindən istifadə imkanı ilə təmin edir.

Şirkət 15 ildir ki, bazarda fəaliyyət göstərir. Şirkətin Qazaxıstandakı iş sistemi 2015-ci ildən etibarən ölkənin bütün klinikalarının 80 faizini əhatə edir. Sistemə daim bizim xidmətlərdən istifadə edən iki milyon dörd yüz min pasiyent qoşulub. Hazırda biz şirkətin əhatə dairəsini artırmaq məqsədi ilə xaricdə də fəaliyyət göstəririk.

Stendimizdə həm əhali, həm də Səhiyyə Nazirliyi üçün bir sıra servis xidməti təqdim edilir. Burada bizim işimizin nəticələri, alətlərin spesifikası və kompleksi, pasiyentləri klinikaya qədər çatdırma və həyatı xilasetmə üsulları, eləcə də həkimlərin qarşılıqlı əlaqə sistemi nümayiş olunur.

Bu, bizim Azərbaycana ilk səfərimizdir. Sərgidə iştirak etməkdə məqsədimiz əsas sistemi nümayiş etdirmək niyyəti ilə bağlıdır - biz kliniki məlumatlar platformasını yaratmağa, pasiyentlər haqqında məlumat toplamağa imkan verən dövlətlərarası əlaqələrdən istifadə etmək üçün Azərbaycanda maraq oyatmaq və bununla da, əhalinin sağlamlıq səviyyəsini yüksəltmək istəyirik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN