Dünyaca məşhur brendin yeni təklifləri

Dünyaca məşhur brendin yeni təklifləri

3 noyabr 2022 0000

Viktor Qoroxovski, Philips, IHG Alliance-ın Regional Biznes Mütəxəssisi

“IHG Group” dünyaca məşhur “Philips” şirkətinin ixtisaslaşdırılmış avadanlıqlarını təqdim edir.

Medinex sərgisində iştirak etməklə biz maraqlanan şirkətləri və tədbirin qonaqlarını yeni məhsullarımızla tanış edə və yeni müştərilər cəlb edə biləcəyimizə inanırıq.

Azərbaycan bazarı böyükdür, burada potensial var.

Xüsusilə, biz stenddə “EPIQ CVx”, “EPIQ Elite” premium ultrasəs cihazlarını, eləcə də təcili tibbi yardım üçün “Lumify” kompakt ultrasəs cihazını təqdim edirik (sensor hətta mobil telefona, App Store və ya Google Store-dan pulsuz yüklənmiş proqram təminatına qoşula bilər ) .

“Philips” şirkətinin bir sıra avadanlıqları artıq Azərbaycanın müxtəlif klinikalarında istifadə olunur və biz xəstəliklərin erkən diaqnostikası və qarşısının alınması üçün ölkədə unikal texnologiyalar təklif edə bilərik. Məsələn, "ürəyin dinamik 3D modeli" texnologiyası ilə ürəyin modeli təxminən otuz dəqiqə çəkən ənənəvi texnika ilə müqayisədə üç saniyə ərzində əldə edilə bilər. Yəni operativ diaqnostikaya zəmanət verilir.

Biz Azərbaycanın dövlət və özəl klinikaları ilə danışıqlara açığıq və avadanlıqlarımızı sınaq rejimində təqdim etməyə hazırıq.


TƏRƏFDAŞLAR

Rəsmi dəstək

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN