Çoxsaylı innovasiyalar məni valeh etdi!

Çoxsaylı innovasiyalar məni valeh etdi!

7 noyabr 2019 0000

Firudin Qurbanov, Almaniyanın “Siegerland Diakonie” klinikasının kardioloqu

- “Medinex 2019” sərgisində bir neçə şirkətin stendində tanış olduğum terapiya və tibbi avadanlıqlar üzrə innovasiyalar məni valeh etdi.  

Azərbaycanda belə sərgilərin keçirilməsi vacibdir. Bu gün bizim səhiyyəmizdə iki istiqamət var – sovet dövründə təhsil almış həkimlər və müstəqillik dövründə formalaşmış və xarici tibbi ali təhsil almış gənc mütəxəssislər. Zənnimcə, köhnə dövrü təmsil edən həkimlər üçün səhiyyənin yeni müasir tendensiya və istiqamətləri ilə tanış olmaq vacibdir. Eyni zamanda, səhiyyə sektorunun inkişafı elə sürətlə baş verir ki, hətta gənc həkimlər də daim zamanla ayaqlaşmalı olurlar. Bu baxımdan, “Medinex” sərgisi çox vacib və faydalıdır.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN