Nüşabə Həmidova, “Biofarmax Afezco” şirkətinin Logistika üzrə meneceri
“Biofarmax Afezco” İsrailin “Biofarmax” şirkəti tərəfindən təsis edilib və 2022-ci ildə Azərbaycanda Ələt Azad İqtisadi Zonasının (AİZ) ilk rezidentinə çevrilib.
Gənc bir şirkət olaraq (onun cəmi iki aya yaxın yaşı var), biz Medinex-də debüt edəcəyik, lakin İsrailin “Biofarmax” şirkəti özü-özlüyündə 40 ilə yaxındır ki, dünyada tanınır və dərmanlar istehsal edən ixtisaslaşdırılmış tibb müəssisələrinin layihələndirilməsi və tikintisi ilə məşğul olur. Biofarmax xüsusilə xərçəng xəstələri üçün müxtəlif növ əczaçılıq məhsulları, həmçinin analiz üçün reagentlər istehsal edir.
Bundan əlavə, İsrail şirkəti xəstəxanalar və digər ixtisaslaşdırılmış müəssisələr üçün hava təmizləyiciləri istehsal edir.
2022-ci ilin dekabrında “Biofarmax” şirkəti “Ələt” AİZ-də insulin, natrium xlorid məhlulları və müxtəlif vaksinlər istehsal edən zavodun tikintisinə başlayacaq.
Zamanla bu müəssisə Azərbaycanda tələbata malik olan antibiotiklər, vitaminlər və digər tibbi məhsullar da istehsal edəcək.
Bu sərgidə iştirak bizim üçün çox vacibdir, çünki şirkət dövlət strategiyasının bir hissəsi olaraq həyati dərəcədə vacib dərmanların istehsalına başlayacaq və biz geniş insan kütlələrini bu barədə məlumatlandırmaq istəyirik.
Dövlət məmurlarından tutmuş adi ziyarətçilərə qədər, sərgiyə gələnlərin stendimizə çox böyük maraq göstərirlər.