Ayaqqabı üzlükləri, maskalar, önlüklər, rulon şəkilli plyonkalar...

Ayaqqabı üzlükləri, maskalar, önlüklər, rulon şəkilli plyonkalar...

3 noyabr 2022 0000

Firuzə Məmmədova, Azərbaycanın “Elbaer” şirkətinin nümayəndəsi

Biz ilk dəfədir ki, “Medinex” sərgisində iştirak edirik, bu sərginin təşkil edilməsinin səviyyəsindən razıyıq və ziyarətçilərin şirkətimizə daha çox maraq göstərəcəyinə, eləcə də sərgi zamanı planlaşdırılan görüşlərdən təcrübə qazanmaq imkanı əldə edəcəyimizə ümid edirik.

Xırdalan şəhərindəki zavodda tibbi məhsullar istehsal edən şirkətimiz 2015-ci ildən bəri fəaliyyət göstərir.

Şirkətimiz əsasən ayaqqabı üzlükləri, üç qatlı tibbi maskalar (bir neçə rəng çeşidi ilə), tibbi taxtlar üçün kağız və polietilen örtük rulonları, xüsusi stullar, həkim papaqları, stomatoloji önlüklər və rulon şəklində olan plyonkalar istehsal edir.

Məhsullarımızı ölkədə fəaliyyət göstərən klinikaların 90%-ə qədəri alır, ona görə də ümid edirik ki, sərgidə iştirakımız müştərilərin sayını artırmağa imkan verəcək.

Belə məhsullara hər zaman tələbat var və biz məhsul çeşidimizi genişləndirməyi düşünürük. Məhsullarımız dünyanın müasir keyfiyyət standartlarına uyğundur, həmçinin biz inkişaf üçün perspektivlərin olduğunu görürük.

Şirkətimiz Meridian Diş Klinikasını da idarə edir.

TƏRƏFDAŞLAR

Rəsmi dəstək

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN