Yerli şirkətlərin mütəxəssisləri ilə faydalı görüşlər

Yerli şirkətlərin mütəxəssisləri ilə faydalı görüşlər

3 noyabr 2023 0000

Olqa Sokolova, "Heksa – tibbi məhsullar" TM Departamentinin direktor müavini

Təmsil etdiyim şirkət maskalardan mürəkkəb cərrahi dəstlərə qədər əməliyyat geyimləri və sərf materiallarını istehsal edir. Hazırda distribyutorlar tapmaq və yeni bazarlara çıxmaq üzərində fəal işləyirik. "Medinex" sərgisinə gəlişim bununla bağlıdır. Sərgidə bir çox yerli və xarici, o cümlədən Rusiya şirkətləri təmsil olunur. Bir neçə yerli şirkətin stendlərində görüşlərim oldu. Qeyd edim ki, istehsal etdiyimiz məhsullar Azərbaycanda istifadə olunsa da, onlara hələ də maraq var. Artıq bu danışıqların nəticələrinə əsasən kommersiya təkliflərimizi bütün qanunvericilik və hüquqi şərtlərə uyğun formalaşdıracağıq.

Tibbdə bir çox yenilik var. Onların hamısını bir məkanda harada tapmaq olar? Əlbəttə ki, sərgilərdə. 15 illik işim ərzində müxtəlif ixtisaslaşdırılmış sərgilərdə çox iştirak etmişəm. Qeyd edim ki, onların bir çoxu əsasən imic xarakterlidir. Təqdimatın keyfiyyətinə, stendlərə görə Bakı sərgisi Avropa səviyyəsinə uyğundur. Təcrübəmə görə, tibb sərgilərini həkimlərin özlərindən çox kommersiya şirkətlərinin nümayəndələri ziyarət edirlər. "Medinex" sərgisinin digər bir fərqləndirici xüsusiyyəti burada tibb müəssisələrinin işçilərinin olmasıdır. Düşünürəm ki, buna sərginin müxtəlif mövzularda panel sessiyalarını əhatə edən işgüzar proqramı imkan yaradır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN