Neolife Tibb Mərkəzi: Onkologiya sahəsində  xüsusi texnologiyalar və fərdi yanaşma...

Neolife Tibb Mərkəzi: Onkologiya sahəsində  xüsusi texnologiyalar və fərdi yanaşma...

31 oktyabr 2022 0000

Nesrin Aslan İlkmen, nüvə təbabəti üzrə mütəxəssis, baş müdirin müavini / baş həkim, Neolife Tibb Mərkəzi /İSTANBUL

Neolife onkoloji mərkəzdir. Biz onkoloji xəstələrin diaqnostikası və müalicəsi üçün kompleks həll variantı təqdim edirik.

Onkoloji xəstəliklər hər bir xəstədə özünəməxsus şəkildə formalaşan mürəkkəb xəstəliklərdir. Bu xəstələr üçün fərdi yanaşma və düzgün dərmanların qəbulu vacibdir. Klinikamızda hər bir xəstə molekulyar onkologiya şuralarında çox ixtisaslı nöqteyi-nəzərdən qiymətləndirilir. Belə xəstənin diaqnostikası və müalicəsinin idarə edilməsi klinikamızda təcrübəli onkoloji heyət tərəfindən həyata keçirilir.

Şura kimya terapiyası üzrə mütəxəssislərdən, onkoloq-radioloqlardan, ümumi ixtisaslı cərrahlardan, radioloqlardan, nüvə təbabəti üzrə mütəxəssislərdən, ginekoloqlardan, genetiklərdən və patoloqlardan, həmçinin müvafiq şöbələrin həkimlərindən ibarətdir.

Bizim xidmətlərimiz aşağıdakıları ehtiva edir:

  • Radiasiya onkologiyası (IMRT, SRS, SBRT, braxiterapiya)
  • Tibbi onkologiya (kimya terapiyası, immunoterapiya, ünvanlı terapiya, hormon terapiyası)
  • Radiologiya (3 Tesla MR, CT, tomosintez, USG, rentgen)
  • Cərrahiyyə-rentgen müayinəsi üsulları
  • Nüvə təbabəti (PET/CT, qamma kamera)
  • Ümumi cərrahiyyə
  • Ginekologiya
  • Laboratoriya
  • Patologiya
  • Genetika

Bu sərgidə iştirak etməkdə məqsədimiz digər ölkələrdəki həmkarlarımızla tanış olmaq və onların iş üslubunu və təcrübəsini özümüzünkü ilə birləşdirməkdir. Bu səbəbdən biz həm öz həmkarlarımızla, həm də bizə ehtiyac duyan xəstələrimizlə əməkdaşlıq edirik.

Mərkəzimiz ilk dəfədir ki, bu sərgidə iştirak edir. Ümid edirik ki, Azərbaycandakı həmkarlarımızla əməkdaşlıq edərək, daha çox xəstə ilə əlaqə yaradacağıq və daha çox insana bu xəstəliklə mübarizə aparmaqda kömək edəcəyik.

TƏRƏFDAŞLAR

Rəsmi mehmanxana

Rəsmi dəstək

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN