Firuzə Rəcəbi Saz, dermatoloq
İxtisasım dermatologiyadır. “Lazur Hospital” özəl klinikasında uzun müddətli iş təcrübəm var.
Məni “Beauty Azerbaijan” sərgisinə cəlb edən fakt ondan ibarət oldu ki, mən burada müxtəlif ölkələrin istehsalçılarının yeni məhsullarını gördüm.
Mən özüm İrandanam, orada tibb sahəsi də yaxşı inkişaf edib.
Mən xəstələrimin müalicəsində istifadə etmək məqsədilə bu sərgidə müasir dərmanlar axtarıram.
Mən müxtəlif təyinatlı, xüsusən də dəri xəstəliklərinin diaqnostikası üçün avadanlıqların təqdim edildiyi stendlərlə də maraqlandım.
Mən bu cür tədbirlərin keçirilməsini vacib hesab edirəm, çünki onlar müxtəlif ölkələrdən olan şirkətlərin tərəfdaşlıq əlaqələri qurmalarına kömək edir.