Elşən Ağayev, "ENT" şirkətinin (Almaniya) həkimi
Mən Hamburqdakı özəl klinikada təcrübə keçən həkim-allerqoloq və otolarinqoloqam. Uzun illərdir Almaniyada yaşayıram və təcrübə ilə yanaşı elmi fəaliyyətlə də məşğulam. "Medinex" sərgisinə gəlişimiz Bakıda keçirilən Azərbaycan-Türkiyə Pediatriya Forumunda iştirakla üst-üstə düşdü. Sərgiyə TƏBİB-dən və Azərbaycanın Almaniyadakı səfirliyindən dəvət almışıq.
Dünyanın bir çox sərgilərinin ziyarətçisi nöqteyi-nəzərindən danışıram: "Medinex"də məni iki amil çox təəccübləndirdi və sevindirdi. Birincisi, sərgidə həm iştirakçılar, həm də hər şeydən əvvəl yerli şirkətlər tərəfindən fəallıq və ölkənin tibb ictimaiyyətinin "Medinex"ə göstərdiyi maraq. Əlbəttə ki, avadanlıqların, dərman preparatlarının istehsalı və tibbi xidmətlərin göstərilməsində xarici təcrübə vacibdir. Lakin Azərbaycan təşkilatlarının və şirkətlərinin eyni dərəcədə yüksək keyfiyyətli mal və xidmətləri təqdim etməsi çox xoş bir faktdır. Diqqət yetirdiyim ikinci vacib məqam sərgi çərçivəsində keçirilən işgüzar proqram idi və bu proqram aparıcı ekspert və mütəxəssislərin tibbin ən aktual məsələləri üzrə bilik və təcrübələrini bölüşdükləri sessiyalar və panel müzakirələrini əhatə edirdi. Deyə bilərəm ki, biz də gələcəkdə sərgidə iştirak etməyə və ən yaxşı təcrübələrini bölüşmələri üçün sərgiyə Avropanın tanınmış professorlarını, həkimlərini və şirkət nümayəndələrini dəvət etməyə hazırıq.