LABSERVIS LTD şirkəti artıq 28 ildir ki, Azərbaycanda səhiyyə və digər sektorlarda laboratoriya avadanlıqlarının təchizatı sahəsində fəaliyyət göstərir və tibb bölməsində etibarlı tərəfdaş kimi tanınır. Biz laboratoriya avadanlıqlarının istehsalı sahəsində dünya liderləri olan “Roche” (İsveçrə), “Bio-Rad” (ABŞ), “R-Biopharm” (Almaniya), “Human” (Almaniya), “NovaTec” (Almaniya), “Greiner Bio-One” (Avstriya) və digər şirkətlərin Azərbaycanda rəsmi distribyutoruyuq.
Şirkətimizin əsas missiyası - ən müasir laboratoriya diaqnostika avadanlıqları təchizatı sahəsində Azərbaycan səhiyyəsinin inkişafına və nəticədə vətəndaşlarının sağlamlığının qorunmasına öz töhfəmizi verməkdir. Bununla əlaqədər olaraq, tərəfimizdən tibb və digər sahələrdə yeni laboratoriya texnologiyaları və innovasiyalar təqdim edirik.
Qeyd etdiyimiz kimi, laboratoriya diaqnostika sahəsi üzrə dünyada lider olan “Roche” şirkətinin fərdi tibb strategiyası xəstəliklərin erkən diaqnozu, məqsədyönlü skrininqinə və monitorinqinə imkan verən geniş çeşiddə innovativ avadanlıqlar və sistemlər istehsalına yönəlib. Bu sərgidə LABSERVIS LTD şirkəti Cobas seriyalı immunoloji və biokimyəvi müayinə üçün Cobas 8000, sidiyin geniş çeşidli analizi üçün Cobas 6500 və digər avadanlıqları təqdim edir. Bütün dünyada laboratoriya mütəxəssisləri arasında “Roche” şirkətinin avadanlıqları ən etibarlı hesab olunur.
Bundan başqa, Life Science və kliniki diaqnostika sahələrində ixtisaslaşan ABŞ istehsalı “Bio-Rad” şirkətinin rəqəmsal damcı polimeraz zəncir reaksiyası (PZR) üçün “QX200 Droplet Digital PCR” sistemi, immunohematologiya aid olan “İH-500”, “İH-1000” analizatorları və laboratoriya analizlərinin keyfiyyətinin yoxlanılması üçün nəzarət edilən reagentləri təqdim edirik. Qeyd etmək istərdik ki, “Bio-Rad” şirkətinin biotexnologiyaya aid olan analizatorları beynəlxalq bazarda aparıcı yer tutur.
Səhiyyə sahəsinin mütəxəssisləri, LABSERVIS LTD tərəfindən təmsil olunan Human GmbH (Almaniya) şirkətinin istehsalı olan avadanlıqlarla və reagentlərlə, “Greiner Bio-One” (Avstriya) şirkətinin sərfiyyat materialları ilə artıq tanışdırlar. Biz, həm də Almaniya istehsalı olan termostatlar, mikserlər, avtoklavlar, soyuducular və digər köməkçi avadanlıqlar təqdim edirik.
LABSERVIS LTD “açar təhvili” əsasında laboratoriyaları tam istifadəyə hazır şəkildə təhvil verir. Mütəxəssilərin laboratoriya diaqnostika avadanlıqları və qaydaları ilə ilkin tanışlıq, öz layihəmiz olan EUROLAB Tibb Mərkəzində həyata keçirilir. Bizim yüksək ixtisaslı sertifikatlaşdırılmış mühəndislər bütün müştərilərə texniki xidmət dəstəyi göstərilər.
Beləliklə, LABSERVIS LTD şüarı “Hər zaman bir addım öndə” olaraq qalır və bunu səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sektorlarda laborator diaqnostika sahəsində yeni nailiyyətlərin təqdim olunması ilə təsdiq edir.
Yüksək tibb innovativ texnologiyalar sahəsində LABSERVIS LTD şirkətinin yaranması, inkişaf etməsi və milli brendə çevrilməsi ölkədə sahibkarların hərtərəfli inkişaf etməsində dövlət səviyyəsində göstərilən daimi diqqət və dəstəyin bir nümunəsidir.
Bu il “1-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi və Forumu”-da iştirakımızın məqsədi müasir laboratoriya avadanlıqları və innovasiyalarla ziyarətçiləri tanış etməkdir. Biz məhsullarımızı təqdim etməklə yanaşı, mütəxəssislərin tələbatını öyrənmək üçün dövlət və özəl qurumların, təhsil ocaqlarının nümayəndə heyəti ilə bir sıra görüşlər keçirməyi planlaşdırırıq. LABSERVIS LTD innovativ ideyalar, yeni layihələr və qarşılıqlı faydalı əməkdaşlıq üçün hər zaman açıqdır.
Fürsətdən istifadə edərək, Azərbaycanda birinci dəfə təşkil olunan Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi və Forumunun təşkilatçılarını təbrik edirik və gələcək işlərinizdə uğurlar arzulayırıq!