Samir Allahverdiyev, Naftalan Mərkəzi Şəhər Xəstəxanasının direktoru
- Sərgiyə məni "Medinex"in əsas tərəfdaşları olan baş idarəmiz Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəvət edib. Hər şeydən əvvəl, məni Ekspo mərkəzinin pavilyonunda nümayiş etdirilən tibbi avadanlıq və texnika maraqlandırdı. Şirkətlərin stendlərində diqqətə layiq məhsullar kifayət qədər çoxdur. Rəhbərlik etdiyim xəstəxananın ehtiyaclarını bildiyim üçün özüm üçün Rusiyanın, xüsusən də Kazanın qiymət və keyfiyyət seqmentində münasib məhsullar təklif edən bir sıra şirkətlərinin tibbi avadanlıqlarını seçdim.
Mən dəfələrlə yerli və xarici sərgilərdə iştirak etmişəm, ona görə də analitik təcrübəm var və bu tədbirlərin təşkili ilə bağlı geniş şərh verə bilərəm. Mənim üçün sərgilər hər hansı sahənin müasir və ən yaxşı yeniliklərini təqdim etmək üçün əsas yerdir. Və "Medinex" bu baxımdan gözləntilərimi doğrultdu! Eyni zamanda, sərginin işində yerli şirkətlərin daha geniş iştirak etməsini istərdim. Onlar mövcuddur və nümayiş etdirəcəkləri çox şey var. Düşünürəm ki, sərgi təkcə startapların deyil, həm də bazarın daimi iştirakçılarının məhsullarını tanıtmaqda faydalı olardı.