İstənilən sərgi beynəlxalq əməkdaşlığa kömək edir

İstənilən sərgi beynəlxalq əməkdaşlığa kömək edir

7 noyabr 2019 0000

Yelena Timofeeva, “Sekretum” (Rusiya Federasiyası) şirkətinin meneceri

Deyə bilərəm ki, bu sərgi yaxşı təşkil edilib. Tədbirin təşkili üçün seçilmiş məkanı bəyəndim. Bu gün burada ziyarətçilər üçün kifayət qədər faydalı məlumatlar verən xeyli sayda maraqlı şirkət təmsil olunur. Azərbaycanın “Diamed” şirkətinin parlaq və gözəl stendi diqqətimi daha çox cəlb etdi – bu stenddən yan keçə bilmədim. Həmçinin “R-Pharm” şirkətinin məhsulları haqqında məlumatlar ilə yaxından tanış oldum.

Mən sərgiyə preparatların təchizatçılarını tapmaq niyyəti ilə gəlmişəm. İşəgötürən kimi deyə bilərəm ki, sərginin gedişini müşahidə edərək özüm üçün bir neçə prioriteti müəyyən etdim. Bu təəssüratlar ekspozisiyanın perspektivləri ilə bağlıdır: istərdim ki, gözəllik və səhiyyə sektorları ayrılsın.

Şübhəsiz, bu sektorun inkişafında sərginin rolu kifayət qədər böyükdür. Mən hesab edirəm ki, istənilən sərgi beynəlxalq əməkdaşlıqdır. Belə sərgilər şirkətlərə öz imkanlarını genişləndirməyə, yeni əlaqələr qurmağa imkan verir.


TƏRƏFDAŞLAR

Rəsmi dəstək

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN