Hisense ilə süni intellektin ultrasəs müayinəsində gətirdiyi dəqiqlik və sürət — gələcəyin tibbi artıq buradadır

Hisense ilə süni intellektin ultrasəs müayinəsində gətirdiyi dəqiqlik və sürət — gələcəyin tibbi artıq buradadır

31 oktyabr 2025 0000
Məhəmməd Məmmədov, MESA Group şirkətinin icraçı direktoru

-Bu gün biz Medinex innovasiyalar sərgisində iştirak edirik və burada MESA Group-un ən son texnologiyalarını, avadanlıqlarını təqdim edirik. Burada səhiyyə sahəsində yeni, ağıllı və süni intellektlə işləyən cihazlarımızı nümayiş etdiririk. Bizim üçün əsas məqsəd — həkimlər və xəstəxanalar üçün ultrasəs müayinəsi, fizioterapiya və rehabilitasiya sahəsində yeni texnologiyaları daha yaxından tanıtmaqdır. Xüsusilə ultrasəs müayinəsi üçün Hisense markalı cihazlarımız böyük maraq doğurur. Bu cihazlar Azərbaycanda süni intellekti ilk tətbiq edən cihazlar arasında yer alır. Süni intellekt nəticələrin daha dəqiq çıxmasını təmin edir və xəstəliklərin daha sürətli diaqnozunu mümkün edir.

Artıq sərginin ikinci günüdür və maraq çox yüksəkdir — təxminən 300-dən çox həkim stendimizi ziyarət edib, avadanlıqlarımız və texnologiyalarımızla tanış olub. Sərgi həm paytaxt, həm də bölgələrdən gələn həkimlər üçün böyük fürsətdir. Onlar Bakıya hər zaman gələ bilmir və bütün şirkətləri gəzməyə vaxtları yoxdur, amma bu sərgi sayəsində avadanlıqlarımızı birbaşa görə və sınaya bilirlər. Təşəkkür edirik sərginin təşkilatçılarına — onlar bizə bu şəraiti yaratdılar ki, həkimlər və yeni klinika açmaq istəyən sahibkarlar cihazlarımızla yaxından tanış olsunlar.

Bir çox sahibkar sərgidən sonra yeni klinikaların tam təchizatı üçün bizimlə görüşlər təyin edib. Biz "açar təhvil" prinsipi ilə işləyirik: klinikanı sıfırdan qurur, bütün avadanlıqları quraşdırır, lisenziya və səhiyyə standartlarına uyğun şəkildə sahibkarlara təqdim edirik. Bu sərgi bizim üçün həm təqdimat, həm də gələcəyin tibbi imkanlarını birgə nümayiş etdirmək üçün əvəzolunmaz bir platformadır. Hamını MESA Group-un stendinə dəvət edirəm — gələcəyin tibbi bu gün buradadır!
 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN