Züleyxa Allahverdiyeva, Bakıda yerləşən poliklinikanın terapevti
Mən həmişə Bakıda keçirilən ixtisaslaşdırılmış tibb sərgilərini böyük məmnuniyyətlə ziyarət etmişəm, çünki bir həkim nöqteyi-nəzərindən bu sənayenin necə inkişaf etdiyini müşahidə etmək mənim üçün maraqlıdır.
Belə tədbirlərin keçirilməsi çox vacibdir, çünki burada mən bir terapevt olaraq xəstələrimə tövsiyə edə biləcəyim yeni dərmanlar haqqında məlumat əldə edə bilirəm.
Koronovirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər aradan qaldırıldıqdan sonra “Medinex” sərgisinin öz işinə davam etməsi yaxşı haldır.
Mən bu sərginin təşkil edilməsi tərzindən çox məmnunam, burada möhtəşəm infrastruktur və gülərüz heyət mövcuddur.