Biz aparıcı Avropa şirkətlərinin məhsullarını təqdim edirik!

Biz aparıcı Avropa şirkətlərinin məhsullarını təqdim edirik!

6 noyabr 2019 0000

Eldar Səlimov, “Profarma Ltd” şirkətinin direktoru

“Profarma” şirkətinin əsas fəaliyyəti Avropanın yüksək keyfiyyətli preparatlarının idxalı, marketinqi və Azərbaycanda satışından ibarətdir. İnsan sağlamlığına görə məsuliyyət bizi öz elmi-tədqiqat potensialımızı daim yaxşılaşdırmağa və əhalini müasir və keyfiyyətli müalicə metodlarına görə zəruri dərman vasitələri ilə təmin etməyə sövq edir. “Profarma” şirkəti Azərbaycanda daha çox yayılmış xəstəlikləri əhatə etmək üçün dərman siyahısını daim genişləndirir. Bu gün şirkətin məhsul portfelində İtaliya, İspaniya və İngiltərənin aparıcı farmakoloji şirkətinin 40-dan çox adda preparatı daxildir. Biz həmin preparatlardan “Vaklatol”, “Bialfer”, “Liberon”, “Totalvit 9 b-complex”, “Dynamogen” və “Algikey” kimi dərman vasitələrini sərgidə nümayiş etdiririk. Unikal qalenik düsturlu “Bialfer” preparatını ayrıca qeyd edə bilərəm.

Sərgidə iştirak etməkdə məqsədimiz iştirakçı və qonaqları şirkətin məhsulları ilə tanış etmək və işgüzar tərəfdaşlar cəlb etməkdir. Belə tədbirlər yerli və xarici şirkətlər arasında işgüzar münasibətlərin inkişafına kömək edir. Ümidvarıq ki, sərginin işgüzar proqramı əməkdaşlıq hüdudlarını genişləndirməkdə və şirkətimizi daha geniş auditoriyaya tanıtmaqda bizə köməklik göstərəcəkdir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN