Startap haqqında

Yeni və innovativ ideyalara əsaslanan startap layihələri sürətlə inkişaf edərək bazarda inqilabi dəyişikliklərə səbəb olur. Bu layihələr əsasən texnologiya və elm sahələrinə yönəlib. Belə layihələrin əsas üstünlükləri innovativ yanaşma, çeviklik, yeni iş yerlərinin yaradılması, maliyyə resurslarına çıxışın genişləndirilməsi və sosial dəyişikliklərə töhfə verməkdir.

27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – "Medinex" çərçivəsində "Pulse of Innovations" 2025 adlı xüsusi startap zonasının qurulması nəzərdə tutulub. Bu zona startapçılara tibb və səhiyyə sahəsində aparıcı şirkətlərə və digər maraqlı tərəflərə innovativ həllərini və strategiyalarını təqdim etmək üçün unikal imkan yaradacaq. İştirakçılar tibbi cihazlar, rəqəmsal səhiyyə, biotexnologiya, dərman preparatları və digər səhiyyə innovasiyaları sahəsində layihələrini nümayiş etdirə biləcəklər.

Bundan əlavə, startap iştirakçıları sərgi çərçivəsində öz layihələrini təqdim etməklə yanaşı, B2B görüşlərdə də iştirak etmək imkanı əldə edəcəklər.

TƏRƏFDAŞLAR

Rəsmi dəstək

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN