Xəbərlər

Medinex - Xərçəng xəstəliklərinin yüksək keyfiyyətli müalicəsi

Xərçəng xəstəliklərinin yüksək keyfiyyətli müalicəsi

05.11.2022

Xəbərlər

Saniya Usabekova, "Ümit" onkoloji tomoterapiya mərkəzinin inkişaf üzrə direktor müavini

Daulet Berikbol, "Ümit" onkoloji tomoterapiya mərkəzinin onkoloq-radioloqu (Qazaxıstan)

“Ümit” beynəlxalq onkoloji tomoterapiya mərkəzi (Astana) çoxixtisaslı klinikaya və onkoloji mərkəzə malikdir.

Sərgidə onkoloji mərkəzimizin tomoterapiya və diaqnostika şöbəsi təqdim olunub. Klinikada kimyaterapiya şöbəsi fəaliyyət göstərir ki, bu da xərçəng xəstələrini tamamlanmış dövrə üzrə xidmətlərlə təmin etməyə imkan verir. Biz bir yaş yarımdan yuxarı uşaqları və böyükləri, o cümlədən yanaşı xəstəlikləri olan şəxsləri yaş məhdudiyyəti olmadan müalicə edirik. Biz müxtəlif ixtisaslı klinikalarla memorandumlar imzalamışıq ki, bu da, bizim başqa sahələr üzrə mütəxəssisləri müalicə işinə cəlb etməyimizə imkan verir. Mütəxəssislərimiz ABŞ, İtaliya, Fransa və Hindistanın aparıcı xərçəng mərkəzlərində təlim keçmişlər.

Mərkəz sağlam toxumalara daha az gərginlik verən müasir Tomoterapiya HD seriyalı müalicə sistemi ilə təchiz olunub. Xəstələrimiz arasında Qazaxıstanın, Rusiyanın və Orta Asiya ölkələrinin vətəndaşları var. Sərgidə biz Azərbaycan vətəndaşlarına onkoloji xəstəliklərin yüksək keyfiyyətli müalicəsinin mümkünlüyünü göstərmək istəyirik.

Biz “Medinex” sərgisində ilk dəfədir ki, iştirak edirik və onun gedişatından çox razıyıq. Bizə bir qardaş ölkənin vətəndaşı kimi  münasibət göstərilməsi bizi emosional baxımdan sevindirdi. İşgüzar baxımdan, biz Milli Onkologiya Mərkəzinin nümayəndələri ilə maraqlı görüşlər keçirdik, klinikalarımızın həkimləri və orta səviyyəli tibbi heyətləri arasında əməkdaşlıq və təcrübə mübadiləsi məsələlərini müzakirə etdik.

Bütün dünyada sərgi bazarın inkişafı və beynəlxalq səviyyəli əməkdaşlıq üçün böyük və ciddi bir vasitədir. Sərgi iştirakçıları ilə fəal iş apardıqlarına görə sərginin təşkilatçılarına təşəkkür etmək istərdim. Müvafiq ixtisaslı təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması məqsədilə bizim üçün bütün lazımi şərait yaradıldı, təşkilatlar arasında görüşlər təşkil edildi ki, bunlar da mütləq öz nəticəsini verməlidir. Biz artıq gələn il keçiriləcək sərgidə iştirak etməyi planlaşdırırıq. Biz “Medinex 2023” sərgisində daha səmərəli iştirakımız üçün həll edilməli olan məsələləri və şərtləri təşkilatçılarla müzakirə etdik.