Xəbərlər

Medinex - “Medinex” sərgisində çoxlu maraqlı görüşlərimiz oldu

“Medinex” sərgisində çoxlu maraqlı görüşlərimiz oldu

05.11.2022

Xəbərlər

Pyotr Telegin, “BPlab” şirkətinin baş direktoru (Rusiya)

- Şirkətimiz ambulatoriya şəraitində, sutkada 24 saat ərzində qan təzyiqini müşahidə edən cihazların istehsalı ilə məşğul olur. Biz bu sərgiyə Nijni Novqorod vilayətindən olan nümayəndə heyətinin tərkibində gəlmişik. Ona görə də mən Rusiyanın tibb sənayesinin bütöv bir sektorunun adından öz fikrimi bildirmək istəyirəm. Funksional diaqnostika üçün avadanlıqların istehsalı bu sənayenin ən uğurlu istiqamətlərindən biridir. Bu avadanlıqlar ölkəmizdə və dünyanın digər ölkələrində geniş şəkildə istifadə olunur. Lakin biz Azərbaycanda hələ ki, o qədər də yaxşı tanınmırıq.

Avadanlıqlarımız ənənəvi quruluşa malikdir, lakin onların əsas xüsusiyyəti onların uzun müddət ərzində istismar edilə bilməsidir, bu isə, son istifadəçi üçün vacib olan bir cəhətdir. Sərgidə çox maraqlı görüşlərimiz oldu. Məhsullarımız haqqında müsbət rəylər alırıq, biz məhsullarımıza maraq göstərildiyinin şahidi olduq. Sərgi göstərdi ki, biz idarəetmə ilə daha fəal şəkildə məşğul olmalıyıq, məhsullarımızı səmərəli şəkildə təklif etməliyik. Bu gün biz bu istiqamətdə ilk addımları atdıq.

Mən sərgi hərəkatını həmişə dəstəkləyirəm. İnternet şirkətlərarası münasibətlər formatında olan canlı ünsiyyəti əvəz edə bilməz. Sərgidə canlı ünsiyyət zamanı qurulan əlaqələr, necə deyərlər, məhsula “toxunmaqla, onu hiss etmək”, onun xüsusiyyətlərini mütəxəssislər və istehsalçılar ilə müzakirə etmək imkanı əvəzedilməzdir. “Medinex” sərgisi mənim bu məsələ haqqında fikrimi təsdiqlədi.