Xəbərlər

Medinex - Medinex 2022: möhtəşəm yeniliklər, cari tendensiyalar, dünya səhiyyəsinin təcrübələri

Medinex 2022: möhtəşəm yeniliklər, cari tendensiyalar, dünya səhiyyəsinin təcrübələri

05.11.2022

Noyabrın 5-də Bakı Ekspo Mərkəzində Caspian Event Organisers şirkətinin təşkilatçılığı ilə “Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları” - Medinex Sərgisi və “Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası” - Beauty Azerbaijan Sərgisi öz işini başa çatdırdı. Sərgilərin birləşmiş ekspozisiyası dünyanın 12 ölkəsindən 90-dan çox şirkəti bir araya gətirdi.

“Medinex” sərgisi uzun illər ərzində keçirilmiş BIHE tibbi sərgisindən törəyən yeni bir brenddir və səhiyyə sənayesinin mühüm hissəsini təşkil edir. Bu layihə ölkə vətəndaşlarının sağlamlığının qorunmasının, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinin və peşə hazırlığının təkmilləşdirilməsinin, eləcə də tibb sahəsində innovasiyaların tətbiqinin aktuallığını səmərəli şəkildə vurğuladı.

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin qeyd etdiyi kimi, budəfəki tədbir otuz il ərzində həyata keçirilən beynəlxalq layihələrin davamı olan daha bir müsbət hadisədir .

Mən sərgidə yerli tibbin inkişafının mühüm tərkib hissəsi olan müasir informasiya texnologiyaları və tibbi proqramların nümayişini xüsusi olaraq qeyd etmək istərdim. Azərbaycan, Əlcəzair, Belarus, Danimarka, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, İsveçrə laboratoriya avadanlıqlarını, tibbi avadanlıqları, tibbi məhsulları, təhsil xidmətlərini, əczaçılıq məhsullarını və dərmanları, vitaminləri və pəhriz təyinatlı qida əlavələrini, optika, stomatologiya, ortopediya məhsullarını, təcili tibbi yardım nəqliyyatı vasitələrini, klinikaları və s. sərgilədilər.

Sərgi haqlı olaraq Xəzər regionunda tibb mütəxəssislərini bir araya gətirən ən böyük tədbirə çevrildi. Təsadüfi deyil ki, sərgi iştirakçıları işgüzar əməkdaşlığın qurulması ilə yanaşı, çoxlu təcrübə və yeni biliklər qazandılar. Sərgi çərçivəsində keçirilməsi nəzərdə tutulan praktiki və elmi tədbirlərin gənc mütəxəssislərin inkişafına və yeni biliklərə yiyələnməsinə xidmət etməsi xüsusilə vacibdir.

“Medinex” sərgisi çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak etdiyi işgüzar proqram həyata keçirildi. “Xəstəliklərin diaqnostikası və müalicəsinə innovativ yanaşma”, “Diaqnostikada yeni nəsil sistemlər və onların klinik üstünlükləri”, “Pediatriyada müasir diaqnostika və müalicə üsulları”, “Tibb sahəsində innovativ texnologiyalar”, “İnnovativ dərman preparatları” mövzularında ekspert qruplarının müzakirələri böyük maraqla qarşılandı.

Sərginin yüksək vəzifəli qonaqlarının sərgiyə baxışı zamanı yerli tibb sektorunun tanınmış nümayəndələri “Medinex” sərgisinin ekspozisiyasını və ictimaiyyətin yeniliklər barədə məlumatlandırılmasında, müasir tendensiyaların öyrənilməsində, müasir səhiyyə nailiyyətlərinin praktiki tətbiqində onun oynadığı rolu yüksək qiymətləndirdilər.