EN
RU
Şəxsi kabinet
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi və Forumu
6 - 7 noyabr 2019 JW Marriott Absheron Baku
medinex

İnnovasiyalar Zonası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Sərgi proqramı
Medinex - “Medinex”: sağlamlıq və uzunömürlülük aləmində işgüzar format!
Media мərkəz » Xəbərlər

“Medinex”: sağlamlıq və uzunömürlülük aləmində işgüzar format!
07.11.2019

7 noyabr tarixi “JW Marriott Absheron Baku” otelində keçirilən Azərbaycan Beynəlxalq Tibb innovasiyaları “Medinex” sərgi və forumunun, eləcə də Azərbaycan Beynəlxalq Gözəllik sənayesi “Beauty Azerbaijan”) sərgisinin sonuncu iş günüdür. Ekspozisiyalar dünyanın iyirmi ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən yetmişdən artıq şirkəti bir araya gətirib. Tədbirin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Hazırda sərgi öz brendini dəyişsə də, səhiyyə sahəsində müasir innovasiyalar platforması və naviqatoru olaraq qalır. Respublikada səhiyyə sisteminin inkişafına töhfə verən çoxillik “Səhiyyə” sərgisinin Azərbaycanda ənənəvi effektivliyini qeyd edən Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev “VIP” tur zamanı bu təmayülləri xüsusi ilə vurğulayıb.

İş adamları və profilli şirkətlərin nümayəndələri tərəfindən sərgiyə artan beynəlxalq marağı Azərbaycanın effektli iqtisadi inkişafına və yerli bazarın perspektivliliyinə əsaslanır.

İki gün ərzində sərgilərin dolğun işi tibb işi üzrə peşəkarların, klinik avadanlıqlar, dərman preparatları, səhiyyə sahəsindəki innovasiyaların yerli və xarici istehsalçıları cəlb edib.

“Made in Azerbaijan” brendi altında təqdim edilən mal və xidmətlər böyük maraq doğurub. Eyni anda səkkiz dərman zavodunu təqdim edən Belarus Milli Pavilyonu bir çox ziyarətçini “Medinex”  sərgisinə cəlb edib. Rusiya, Qazaxıstan, Almaniya istehsalçılarının məhsul və xidmətləri potensial distribyutorların müzakirə predmetinə çevrilib.

Ekspertlər eksponentlərin peşəkar və sahibkarlıq fəaliyyətlərini əhatə edən “Medinex” sərgisinin işgüzar proqramını tədbirin işinin vacib komponenti hesab edib.

Kommunikasiya, dialoq və effektli idarəetmə üzrə həll variantlarının axtarışı üçün “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” müasir platformaları layihə iştirakçıları ilə yanaşı, aralarında tibbi praktikantların da yer aldığı çoxsaylı ziyarətçilərə də səhiyyə aləmində istiqaməti müəyyən etməyə kömək edib.

“Klinikaların effektli idarə olunması” sessiyası çərçivəsində səhiyyə müəssisələrini və səhiyyə şəbəkələrini effektli idarəetmə metodları barədə peşəkar dialoq aparılıb.

Xüsusi “Bizimkilər” sessiyasında yerli mütəxəssislər öz təcrübələrini internlər və tələbələrlə bölüşüb, eləcə də “canlı” ünsiyyət formatında sualları cavablandırıblar.

7 noyabr tarixində sərgi iştirakçıları ilə dəvət edilmiş alıcılar (“buyer”) arasında sərgi iştirakçılarının xahişi əsasında təşkil edilmiş “B2B” formatlı görüşlər keçirilib. İşgüzar görüşlərin unikal formatı istehsalçılara öz məhsullarını birbaşa potensial sifarişçilərə təqdim etmək, eləcə də mümkün əməkdaşlıq və birgə layihələrin şərtlərini müzakirə etmək imkanı verib.

Ziyarətçilərin rəyinə əsasən “Medinex” və “Beauty Azerbaijan” sərgilərini ziyarət etmək sənayenin ən son yenilikləri ilə tanış olmağa, işgüzar əlaqələr qurmağa və onları möhkəmləndirməyə, ümumiyyətlə sektorun inkişaf vektorlarını müəyyənləşdirməyə və bir sıra vacib görüşlər keçirməyə imkan verib.

Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.



TƏRƏFDAŞLAR