EN
RU
Şəxsi kabinet
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi
5 - 6 noyabr 2020 JW Marriott Absheron Baku
medinex

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

İnnovasiyalar Zonası

Rəsmi kataloq
Medinex - “Medinex” sərgisi 6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da keçiriləcək
Media мərkəz » Mətbuat açıqlaması

“Medinex” sərgisi 6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da keçiriləcək
23.09.2019

Mətbuat açıqlaması

6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da “Medinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək. “Medinex” - tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir. “Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.

“Medinex” sərgisi 3 zonadan ibarət olacaq.

  • Showcase zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə tanış olmaq, məhsul və xidmətləri təqdim etmək, potensial tərəfdaşlarla tanış olmaq və mövcud əlaqələri möhkəmləndirmək mümkün olacaq.
  • Tibb sahəsinin sabahını artıq bu gün görmək imkanı yaradacaq digər zona – İnnovasiyalar zonası sərgi qonaqlarına tibb sahəsinin ən müasir layihələrini və nailiyyətlərini, inqilabi prototiplərini və gələcəyin texnologiyalarını və avadanlıqlarını nümayış edəcək.
  • Sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibbdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar Prezentasiya zonasında yer alacaq.

“Medinex” sərgisində Tibbdə informasiya texnologiyaları; tibbi texnika və avadanlıq;  tibbi məhsullar; dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr; ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər; optika və oftalmologiya; pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər; innovativ laboratoriya avadanlıqları və texnologiyaları; farmasevtik avadanlıq; tibb müəssisələri və apteklər üçün avadanlıq;  tibbi turizm;  yaşlı nəsil üçün məhsullar; diyetologiya;  tibbi təhsil; BeFit – sağlam həyat tərzi  kimi sektorlar təqdim olunacaq.

Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir.

“Medinex” sərgisində iştirak etmək istəyən təşkilatlar daha ətraflı məlumat üçün təşkilatçılara müraciət edə bilər.




TƏRƏFDAŞLAR