EN
RU
Şəxsi kabinet
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi
5 - 6 noyabr 2020 JW Marriott Absheron Baku
medinex

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

İnnovasiyalar Zonası

Rəsmi kataloq
» İnnovasiyalar Zonası

BTL EMSELLA

Unikal və Patentləşdirilmiş HİFEM (High Intensity Focused Electro-Magnetic) texnologiyası ilə qadınlarda sidik qaçırma probleminin müalicəsində və eyni zamanda çanaq dibi əzələlərinin gücünün və tonusunun bərpasında istifadə olunur. 

Amerika Birləşmış Ştatlarının FDA sertifikatına almış EMSELLA cihazı ilə aparılmış müxtəlif kliniki araşdırmaların nəticələrinə görə pasientlərin 95%-i müalicənin nəticələrindən tam razı qalmışlar. 

Healthy living support (İnnovasiyalar Agentliyi)

Şirkət fərdi sağlamlığın idarəsi üçün yenilikçi bir həll təqdim edir. Dünyanın hər yerində hər kəs öz tibbi datalarının sahib olmalıdır və bu məlumatlardan öz sağlamlıqlarını və günlük yaşam tərzlərini optimal idarə edilməsi üçün istifadə edilməlidir. Healthy Living Support bu mənada öz həlləri ilə kömək etməyə hazırdır. Hədəflər insanları sağlam həyat tərzinə haqqında maarifləndirmək, şəxsi sağlamlıqlarının və gündəlik həyat tərzlərinin idarə etmələrinə imkan saxlamaq, sağlam ömrlərinin uzadılmasına kömək etmək və həkimlərə uzaqdan müstəqil tibbi xidmət vermələrinə şərait yaratmaqdır.Missiya insanları sağlam həyat tərzləri haqqında maarifləndirərək sağlam cəmiyyət inşa etməkdir.

İki həll var: biri kütləvi ölçüm - biznes həllidir, ikincisi şəxsi istifadə həllidir. Hər iki həll istifadəçilərə ümumi həyatın təxminən 75% -ni əhatə edən gündəlik həyat tərzinin optimal idarə edilməsinə imkan verir.

Sistem, Mobil Sağlıq Stansiyasından və onlayn İnternet Portaldan ibarətdir. Mobil Sağlıq Stansiyasında istifadəçi yalnız 7 dəqiqədə 44 fərqli sağlamlıq parametrini ölçə bilər və nəticələri dərhal SMS və E-poçt vasitəsilə əldə edə bilər. İstifadəçi portaldakı fərdi hesabına daxil olduqda, tibbi parametrlərinin qrafik gedişatını müşahidə edə bilər (yəni belə davam edərsə gələcəyini təxmin edə bilər), günlük yaşam tərzi ilə tənzimlənə bilən sağlıq parametrləri ilə bağlı tövsiyələr ala bilər və təhlükəli dəyərlərə görə isə bir həkimə müraciət etməsi üçün bildiriş ala bilər.

Sistem parametrləri çərçivəsində müalicə alan istifadəçi, müalicə müddətində müntəzəm ölçümlər edərək müalicənin effektliyinə qrafik şəkildə nəzarət edə bilər.

Portaldan sağlam həyat tərzi haqqında ətraflı məlumat əldə edərək və çıxan problemlərə qarşı erkən tədbir alaraq, istifadəçi öz ömürünü uzada bilər.

Biznes həllini istifadə edərək, sağlıq xidmətini istifadəçilərin yanına gətirmək mümkündür. Həll istənilən ticarət mərkəzinə, yüksək yaşayış binalarına, məktəblərə, hər hansı bir laboratoriya olmayan kəndlərə, böyük şirkətlərə və ölkənin hər yerlərində tətbiq edilə bilər. Həllın qabiliyyəti çox yüksəkdir, çünki bir stansiya 7 dəqiqə bir şəxsə, ayda 2040, ildə 24480 şəxsə xidmət edə bilər və N sayda stansiya paralel işləyə bilər.

Həmçinin, sistem statistika kimi coğrafi sağlamlıq xəritəsini çıxara bilər ki, hakimiyyət orqanları bu statistikanı cəmiyyətin sağlamlığının daha yaxşı idarə olunması üçün istifadə edə bilərlər.

Şəxsi model 4 hesaba qədər ailələr üçün nəzərdə tutulub. Ölçmələr konfiqurasiyadan asılı olaraq avtomatik və ya əllə başlaya bilər. Hər istifadəçi üçün alarm səviyyəsi təyin edilə bilər, nəticələr SMS və ya e-poçta olaraq N sayda yerə xəbərdarlıq şəklində göndərilə bilər.

Bu həllin köməyi ilə həkimlər uzaqdan sağlamlıq xidmətini daha yaxşı və daha ucuz göstərə bilərlər. Biz həkimlərə xəstələrinə hər yerdə, hər zaman, sərhədsiz və heç bir məhdudiyyət olmadan müalicə etmələrinə kömək edirik.

Selcis Mixed Reality Computer Aided Surgery System (İnnovasiyalar Agentliyi)

Tamamlanmış reallıq üzdə aparılan rekonstruktiv cərrahiyyə əməliyyatlarını tamami ilə dəyişə bilər. İnnovativ metodikanın istifadəsi əməliyyatın dəqiqliyinin artması, sağlam toxumalarının zədələnməyin minimallaşması və əməliyyatın müddətinin qısalmasına imkan verir.

Son dövrlərdə yüksək dəqiqlik tələb edən cərrahiyyə əməliyyatlarında yüksək keyfiyyətli naviqasiya cihazlarından istifadə olunur. Cərrahlar əməliyyatlar zamanı gözə görünməyən strukturları naviqasiya cihazları vasitəsi ilə izləmək imkanı əldə etsələr də mövcud cihazların çatışmayan tərəfi də mövcuddur. Belə ki, cihazdan istifadə zamanı cərrah cərrahi sahədən kənarda yerləşən monitora baxmağa məcbur olur.

İnnovasiya Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyət göstərən Virtual Cərrahiyyə layihəsi bu çatışmazlığı aradan qaldırmaq üçün yeni tətbiq kəşf edirb. Bu kəşf cərrahlara əməliyyat zamanı cərrahi sahənin həqiqi vəziyyətini və gözlə görünməyən vacib anatomik quruluşları görə bilmək imkanı verir. Virtual kompüter stimulyasiyasından istifadə etməklə əməliyyatın texnikasını da seyr etmək mümkün olacaq. Genişlənmiş reallıq eynəkləri üçün hazırlanmış proqram holoqram şəklində adi gözlə görünməyən anatomik quruluşların üçölçülü modellərini göstərmək imkan verir, bunun sayəsində "rentgen görmə" effekti əldə edilir.


TƏRƏFDAŞLAR